This is a specific ad

Donald Tramp bu şəxsi ABŞ-ın baş prokurorluğuna namizəd kimi irəli sürüb

231

Another advertisement

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Florida ştatının keçmiş baş prokuroru Pem Bondu ABŞ-ın baş prokurorluğuna namizəd kimi irəli sürüb.

“Pem 20 ilə yaxın prokurorluqda çalışıb, burada zorakı cinayətkarlara qarşı çox sərt davranıb və Florida ailələri üçün küçələri daha təhlükəsiz edib. Sonra Florida ştatının ilk qadın Baş prokuroru kimi o, ölümcül narkotik ticarətinin dayandırılması və ölkəmizdə çoxlu ailələri məhv edən fentanilin həddindən artıq dozası nəticəsində baş verən ölüm faciəsini azaltmağa çalışıb!” – Tramp bildirib.

Xatırladaq ki, dünən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən baş prokuror vəzifəsinə namizədliyi irəli sürülən Mett Getzin namizədliyini geri götürdüyü məlum olub.

Kateqoriya: Dünya
Sonrakı yazı
Bu tarixdə müxalifət TDU yaxınlığında aksiya elan edəcək
Öncəki yazı
Saqarecoda baş verən qətl hadisəsi ilə bağlı prokurorluqdan ağır ittiham