Donald Tramp bu gün İlon Maskla mətbuat konfransı keçirəcək

50

ABŞ prezidenti Donald Tramp cümə gününün İlon Maskın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsində son günü olacağını təsdiqləyib.

“Oval kabinetdə İlon Mask ilə mətbuat konfransı keçirəcəyəm. Bu, onun sözdə son günü olacaq, lakin həqiqətdə belə olmayacaq, çünki o, həmişə bizimlə olacaq və bizə hər cür kömək edəcək. İlon əladır!” Tramp bu barədə Truth sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, İlon Mask dünən xüsusi dövlət işçisi kimi vəzifə müddətinin başa çatdığını açıqlamış və Trampa hökumətdə israfçı xərcləri azaltmaq imkanı verdiyinə görə təşəkkür etmişdi.

Kateqoriya: Dünya
Sonrakı yazı
31 may tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Yaxın günlərin hava proqnozunu təqdim edirik