Donald Tramp bildirib ki, o, Vladimir Zelenski ilə 500 milyon dollarlıq müqavilə bağlamaq istəyir

120

ABŞ prezidenti Donald Tramp təhlükəsizlik zəmanəti müqabilində Ukraynada nadir minerallara və qaza çıxış üçün prezident Vladimir Zelenski ilə 500 milyon dollarlıq müqavilə bağlamaq istədiyini bildirib.

Prezident Tramp bu barədə “The New York Post”a müsahibəsində danışıb.

O, belə bir razılaşmanın Ukrayna üzrə istənilən potensial sülh təşəbbüsünün bir hissəsi kimi məqbul olacağını bildirib.

Məlumat üçün bildirək ki, Tramp həmin müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukraynada davam edən müharibəni müzakirə etdiklərini bildirib.

Sonrakı yazı
Taliban saqqalını qırxanları həbs edəcək – Qərar  
Öncəki yazı
Xıdır Nəbi bayramınız mübarək!-GAK-ın bayram təbriki