Another advertisement
ABŞ prezidenti Donald Tramp təhlükəsizlik zəmanəti müqabilində Ukraynada nadir minerallara və qaza çıxış üçün prezident Vladimir Zelenski ilə 500 milyon dollarlıq müqavilə bağlamaq istədiyini bildirib.
Prezident Tramp bu barədə “The New York Post”a müsahibəsində danışıb.
O, belə bir razılaşmanın Ukrayna üzrə istənilən potensial sülh təşəbbüsünün bir hissəsi kimi məqbul olacağını bildirib.
Məlumat üçün bildirək ki, Tramp həmin müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukraynada davam edən müharibəni müzakirə etdiklərini bildirib.