Donald Tramp Avropa İttifaqını şərab və digər spirtli məhsullara 200% rüsum tətbiq etməklə hədələyir

31

ABŞ prezidenti Donald Tramp Avropadan idxal edilən bütün şərablara və digər spirtli içkilərə 200% rüsum tətbiq edəcəyini bildirib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

“Dünyanın ən düşmən əhval-ruhiyyəli və sui-istifadə edən vergi və tarif qurumlarından biri olan və yalnız ABŞ-dan xeyir qazanmaq üçün yaradılan Avropa İttifaqı viskiyə iyrənc 50% tarif tətbiq etdi. Əgər bu tarif dərhal ləğv edilməsə, Birləşmiş Ştatlar tezliklə Fransa və digər Avropa İttifaqı ölkələrindən çıxan bütün şərab, şampan və spirtli içkilərə 200% rüsum tətbiq edəcək”, – Tramp yazıb.

O, bunun ABŞ-da şərab və şampan biznesi üçün əla olacağını söyləyib.

Kateqoriya: Dünya, Gündəm
Sonrakı yazı
Benyamin Netanyahu Macarıstana səfər edəcək
Öncəki yazı
İtaliyada 35 yaşlı gürcü qadın həbs edilib – yerli polis onun haqqında hansı məlumatı yayır?