Another advertisement
ABŞ prezidenti Donald Tramp Avropadan idxal edilən bütün şərablara və digər spirtli içkilərə 200% rüsum tətbiq edəcəyini bildirib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Dünyanın ən düşmən əhval-ruhiyyəli və sui-istifadə edən vergi və tarif qurumlarından biri olan və yalnız ABŞ-dan xeyir qazanmaq üçün yaradılan Avropa İttifaqı viskiyə iyrənc 50% tarif tətbiq etdi. Əgər bu tarif dərhal ləğv edilməsə, Birləşmiş Ştatlar tezliklə Fransa və digər Avropa İttifaqı ölkələrindən çıxan bütün şərab, şampan və spirtli içkilərə 200% rüsum tətbiq edəcək”, – Tramp yazıb.
O, bunun ABŞ-da şərab və şampan biznesi üçün əla olacağını söyləyib.