ABŞ prezidenti Donald Tramp Rusiyanın atəşkəslə razılaşacağına ümid edir.
Tramp, “Bu gün və sabah onlarla görüşəcəyik”- deyib.
“Ukrayna. Atəşkəs. Bir müddət əvvəl bu barədə razılığa gəldik.
İndi Rusiyaya əl uzatmaq lazımdır və ümid edirəm ki, prezident Putin də buna razı olacaq və biz bu dəhşətli müharibəni dayandıra biləcəyik…
Bu, tam atəşkəsdir. Ukrayna bununla razılaşdı və ümid edirəm ki, Rusiya da razılaşacaq. Bu gün və sabah onlarla görüşəcəyik. Ümid edirəm ki, biz razılığa gələ bilərik, amma mən hesab edirəm ki, bu atəşkəs çox vacibdir.
Əgər biz Rusiyanı buna məcbur edə bilsək, bu, əla olacaq, alınmasa bu proses davam edəcək və çox sayda insan öləcək”, – Tramp deyib.
Məlumat üçün bildirək ki, ABŞ və Ukrayna nümayəndələrinin Səudiyyə Ərəbistanında apardığı danışıqlardan sonra verilən birgə bəyanata əsasən, Ukrayna 30 günlük müvəqqəti atəşkəsə hazırdır və ABŞ dərhal Ukraynaya hərbi yardım və kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edəcək.