• 06 Mart 2025 03:41

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Donald Tramp – Amerika geri qayıtdı

ByTürkan Şahverdova

Mar 5, 2025
Another advertisement

ABŞ prezidenti Donald Tramp Konqresin birgə iclasındakı çıxışına bu sözlərlə başlayıb: “Amerika qayıtdı.

Prezident inauqurasiya nitqini xatırladıb və qeyd edib ki, altı həftə əvvəl o, “Amerikanın Qızıl dövrünün başlanğıcını” elan edib

“O andan etibarən ölkəmizin tarixində ən böyük və ən uğurlu dövrün başlanması üçün sürətli və amansız fəaliyyətdən başqa heç nə baş vermədi. 43 gün ərzində biz əksər administrasiyaların dörd və ya səkkiz ildə bacardığından daha çox iş gördük. Biz yeni başlayırıq. Amerika arzusunun qarşısı alınmazdır”, – deyib.

“Amerikanın sürəti geri qayıtdı. Ruhumuz qayıtdı. Qürurumuz qayıtdı. Özümüzə inamımız geri döndü. Amerika arzusu böyüyür – daha böyük və həmişəkindən daha yaxşıdır. Amerika arzusu qarşısıalınmazdır”, – Tramp deyib.

Trampın çıxışı zamanı demokrat konqresmen Al Qrin prezidentin çıxışını bir neçə dəfə kəsərək “Sizin mandatınız yoxdur” deyib və o, zaldan çıxarılıb.