Another advertisement
ABŞ prezidenti Donald Tramp Konqresdəki çıxışında ölkənin kosmosun tədqiqində lider olacağını və gələcəkdə Amerika bayrağını “Qırmızı Planet”də və ondan kənarda dalğalandıracağını bildirib.
“Biz elmin hüdudsuz üfüqlərini fəth edəcəyik, bəşəriyyəti kosmosa aparacağıq, Amerika bayrağını Marsda və onun hüdudlarından kənarda dalğalandıracağıq”, – deyə Donald Tramp bildirib.
Prezident vurğulayıb ki, onun administrasiyası ABŞ-ın aparıcı kosmik dövlət kimi mövqeyini gücləndirmək niyyətindədir.