Another advertisement
Donald Tramp ABŞ-ın maliyyə naziri vəzifəsinə Skott Bessentin namizədliyini irəli sürüb.
QafqazTürk Media xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Truth Social-da yazıb: “Skott dünyanın aparıcı investorlarından, geosiyasi və iqtisadi strateqlərindən biri kimi böyük hörmətə sahibdir ”.
62 yaşlı milyarder Skott Besant Key Square Capital Management hedcinq fondunun təsisçisidir və prezident seçkiləri kampaniyası zamanı Donald Trampın iqtisadi müşaviri olub.
Qeyd edək ki,Skott Besentin Xəzinədarlıq Departamentinin katibi vəzifəsinə namizədliyi ABŞ Senatı tərəfindən təsdiqlənməlidir.