This is a specific ad

“Dollar” haqqında bilmədiklərimiz- Dollar adı haradan gəlir?

342

Another advertisement

Amerika dollarının və $ işarəsi simvolunun yaranma tarixi çox sirlidir. Rəsmi və onlarla qeyri-rəsmi versiya var. Rusiya İqtisad Universitetinin informatika kafedrasının dosenti, Aleksandr Timofeyev deyir ki, bu və ya digər şəkildə onların hamısı Avropa ilə bağlıdır.

Onun sözlərinə görə, dolların yaranmasına qədər Şimali və Cənubi Amerikada dövriyyədə çoxlu müxtəlif valyutalar olub. Amerikanı ilk kəşf edən ispanlar olub və onlarla birlikdə peso dövriyyəyə girib” – ekspert deyir.

Həmçinin ştatlarda Şotlandiya dolları və alman talerləri meydana çıxıb, onların adı müxtəlif ölkələrdə fərqli səslənir: talar (Saksoniya), tallero (İtaliya), tolar (Sloveniya), talari (Efiopiya), tala (Samoa), dala ( Havay), daalder (Hollandiya), daler (Danimarka və İsveç).

Bundan əlavə, koloniyalarda funt, şillinq, pens, ispan gümüş realları və qızıl dublonlar dövriyyədə olub.

“Amerika hökuməti müxtəlif ölkələrdən və zərbxanalardan olan bu valyuta kolleksiyasını “dollar” adlandırmaq qərarına gəlib”, – Timofeyev deyir.

1775 – 1783-cü illər Amerika Müstəqillik Müharibəsi zamanı ölkə öz kontinental pul vahidini – dolları zərb etməyə ehtiyac duyub. Onun əvvəlcə demək olar ki, heç bir dəyəri olmayıb və digər valyutalarla eyni şəkildə dövriyyəyə buraxılıb.

“Bundan başqa, müharibə zamanı kontinental kağız dollar digər valyutaların gümüş sikkələri ilə müqayisədə o qədər dəyərsizləşib ki, müharibənin əvvəlində bir kağız dollar bir gümüş sikkəyə bərabər olubsa döyüşlərin sonunda Şimal və Cənubda artıq 170 kağız dollar bir gümüş sikkəyə bərabər olub”, Timofeyev izah edir.

İlk dollarlar ağ-qara rəngdə çap olunub və yalnız 1928-ci ildə onlar satın almaq üçün daha əlverişli olan “yaşıl” rəng olub.

Az adam bilir ki, məşhur əskinas dizaynı Rusiyadan olan rəssam Sergey Makronovski tərəfindən mühacirətdən sonra icad edilib.

Müasir əskinasın dizaynında böyük rus rəssamı Nikolay Roerixin də payı olduğu güman edilir.

“Dollar əskinaslarının yeni çalarları – sarı və çəhrayı çalarları saxtakarlığa qarşı qorunma ilə əlaqələndirilir, çünki hazırda 0,7 trilyon dollar olan kağız əskinasların dövriyyəsinin ⅔-dən çoxu ABŞ-dan kənarda dövriyyədədir”, – qeyd edir Aleksandr Timofeyev.

Kateqoriya: Cəmiyyət, Dünya, Maraqlı
Sonrakı yazı
Türkiyə Rusiya hərbi-sənaye kompleksinə Amerika elektronikasının tədarükünü əngəlləyib
Öncəki yazı
Rusiyanın daha bir şəhərindən Gürcüstana birbaşa reyslər başlayır