This is a specific ad

Doğuş zamanı ana dünyasını dəyişib

332

Another advertisement

Qori şəhərinin doğum evində 30 yaşlı Maqda Baliaşvili dünyasını dəyişib.

QafqazTürk Media xəbər verir ki, hadisə “Gormedi” klinikasında baş verib.

Ölümün səbəbləri istintaqla müəyyən edilir, Səhiyyə Nazirliyinin tənzimləyici qurumu da araşdırma aparır. Mərhumun ailəsi həkimlərdən şikayət edir və onları günahlandırır.

“Gormedi” tibb mərkəzinin mətbuat xidməti hadisə ilə bağlı açıqlama yayıb, bildirilir ki, qadın doğum mərkəzinə yerləşdirilib və təcili qeysəriyyə əməliyyatı aparılıb, bundan sonra gənc qadının vəziyyəti pisləşib və  ürəyi dayanıb.

Klinika qeyd edir ki, xəstə əvvəllər problemli doğuşlar keçirib. Onların məlumatına görə, doğulan körpənin həyati təhlükəsi yoxdur.

Klinikada uşaq dünyaya gətirən ananın ölümü ilə bağlı müvafiq xidmətlər tərəfindən araşdırma aparılır.

Klinikadan bildirilir ki, doğuşda olan qadında preeklampsiya (qan təzyiqi) müşahidə olub və təcili qeysəriyyə əməliyyatı aparılıb. Qadının əvvəllər də problemli doğuşları olub.

Artıq Tibb və Əczaçılıq Fəaliyyətini Tənzimləmə Agentliyi tərəfindən pasiyentə göstərilən xidmətin keyfiyyəti ilə bağlı yoxlama aparılıb və heç bir nöqsan aşkar edilməyib.

İndiki mərhələdə klinika tibbi müayinənin nəticəsini gözləyir, onu mütləq ictimaiyyətə açıqlayacaq və qeyd olunan faktla bağlı müvafiq, adekvat cavab verəcək.

Gormedi Tibb Mərkəzindən verilən məlumata görə, xəstənin ölümünə səbəb reproduktiv sistemin tromboemboliyası olub.

Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyi Mülki Məcəllənin ehtiyatsızlıqdan adam öldürmə (116-cı) maddəsi ilə araşdırmalara başlayıb. Artıq polis mərhumun ailə üzvlərini dindirib.

Səhiyyə Tənzimləmə Agentliyi də faktla bağlı araşdırma aparır.

Kateqoriya: Cəmiyyət, Sağlamlıq
Sonrakı yazı
Gürcüstan höküməti qol güləşçiləri və para-qol güləşçilərinə mükafatlar verəcək
Öncəki yazı
Ədliyyə Nazirliyinin binasından əməkdaş yıxılaraq ölüb