This is a specific ad

Doğum ilinizin mənasını bilmək istərdinizmi?

85

Another advertisement

Son zamanlar sosial şəbəkələrdə, mediada “Gen Z”, Mileniallar, “Gen Alpha” kimi sözlər tez-tez işlədilir. Bunların nə demək olduğunu ictimaiyyətin bir qismi bilir, ancaq bilməyənlər də az deyil.

QafqazTürk xəbər verir ki, bu kimi nəsil bölgüləri Qərb dünyasından gəlməkdədir.

Müasir həyatda isə onların işlətdiyi terminlərdən geniş istifadə olunur. Gəlin görək doğulduğu illərə görə insanları hansı adlarla hansı nəsillərə aid edirlər?

Bu yeni sözlər haqqında məlumat az olsa da onları sizlərlə tanış etməyə çalışacağıq. Müxtəlif yaş qrupları və onların aid olduğu nəslin adı, xüsusiyyətləri və fərqləndirici əlamətləri haqqında məlumatı diqqətinizə çatdırırıq:

  1. Lost Generation (İtgin düşmüs nəsil) – həmçinin “1914-cü ilin nəsli” kimi də tanınır. Bu nəslə Birinci Dünya müharibəsində döyüşənlər aiddir. İtgin düşmüş nəslə 1883-cü ildən 1900-cü ilə kimi doğulanlar daxildir. Onların bir hissəsi Birinci Dünya müharibəsində yetkinlik yaşına çatanlardır.
  2. Greatest Generation (Möhtəşəm nəsil) – “G.I. nəsil” kimi də tanınır. İkinci Dünya müharibəsində vuruşmuş veteranlar bu nəslə aiddirlər. “G.I” nəslinin nümayəndələri 1901-ci ildən 1927-ci ilə qədər doğulanlar hesab edilirlər. 1901-ci ildən bu yana dünyaya gələnlər 20-ci illərdə, azyaşlılar isə böyük depressiya və İkinci Dünya müharibəsi zamanı yetkinlik yaşına çatanlardır.
  3. Silent Generation (Səssiz nəsil) – 1928-ci ildən 1945-ci ilə qədər doğulanlar bu nəslə aid edilirlər. Onlar İkinci Dünya müharibəsindən sonrakı dövrdə yetkinlik yaşına çatanlardır. ABŞ-da bu qrupa daxil olan insanların əksəriyyəti Koreya müharibəsi və ola bilsin, Vyetnam müharibəsi zamanı da vuruşurlarmış.
  4. Baby Boomers – Onlar İkinci Dünya müharibəsindən sonra, 1946-cı ildən 1964-cü ilə qədər anadan olanlardır. Məhz müharibədən sonra doğum sayının ciddi artımı – bum (boom) qeydə alınıb. Bu nəslin adı məhz həmin “bum”a görə verilib. Çoxsaylı texnoloji uğurlar onların adı ilə bağlıdır. Ancaq bu gün bu nəslin nümayəndələri müasir cihazlardan çox az baş açırlar.
  5. Generation X – Qısası, “Gen X” – X nəsli 1965-1980-ci illərdə doğulanlardır. Onlar yaşlı nəsildən yeni nəsilə körpüdürlər. Texnologiyaları yaxşı başa düşürlər. Bu nəsil süni intellekt, video oyunlar, internetin başlanğıc dövrünə təsadüf edir.
  6. Millenials – Mileniallar 1981-1996-cı illərdə dünyaya gələnlərdir. İş-ailə balansının qorunmasına dəyər verirlər, özlərindən əmindirlər və texnologiyanı yaxşı başa düşürlər.
  7. Generation Z (Z nəsli) – “Gen Z” Mileniallardan sonra, 1997-2010-cu illərdə anadan olanlardır. Uşaqlıqdan inetrnet və portativ rəqəmsal texnologiyaların əlçatanlığı ilə böyüyən ilk nəsildir. Digər tərəfdən, onlar ekran qarşısında çox vaxt keçirirlər. Bunun isə qismən mənfi təsiri var. Onlar internetdən gündəlik həyatlarında fəal olaraq istifadə edirlər və eyni zamanda müxtəlif işləri effektiv şəkildə həyata keçirə bilirlər. Şüarlardan da fəal şəkildə istifadə edirlər.
  8. Generation Alpha (Alfa nəsli) – Bu nəslə aid edilənlər “Gen Z”dən sonra, 2010-cu illərin başlanğıcından 2020-ci illər arasında anadan olanlardır. Alpha nəslinin bütün nümayəndələri 21-ci əsrdə dünyaya gəlmiş ilk nəsildir. Güman ki, bu nəslin nümayəndələrinin sayı 2025-ci ildə iki milyarda çatacaq.

    Mənbə: YeniYol qəzeti
Kateqoriya: Maraqlı
Sonrakı yazı
DİQQƏT! Kiberdələduzlar bu yolla hesabınızdakı pulu ələ keçirə bilər
Öncəki yazı
Levan Kobiaşvili UEFA İcra Komitəsinin üzvü seçilib