This is a specific ad

Dmitri Peskov: Rusiya Türkiyə ilə münasibətləri çox yüksək qiymətləndirir

22

Another advertisement

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə əsasən, Rusiyanın Türkiyədəki seçkilərə müdaxiləsi ilə bağlı yayılan məlumatlar yalandır.

“Biz oxşar bəyanatları qəti şəkildə rədd edirik. Rəsmi olaraq bildiririk ki, hər hansı müdaxilədən söhbət gedə bilməz. Əgər kimsə cənab Kılıçdaroğluna belə məlumat veribsə, deməli, onlar yalançıdırlar”, – Peskov bildirib.

Peskov qeyd edir ki, Rusiya Türkiyə ilə münasibətləri çox yüksək qiymətləndirir.

“Biz Türkiyə ilə münasibətləri çox yüksək qiymətləndiririk. Türkiyə indiyədək qarşımızda duran regional və qlobal problemlərə qarşı çox məsuliyyətli və düşünülmüş mövqe tutub və bu mövqe bizim üçün çox dəyərlidir ”, – Peskov bildirib.

Bundan əlavə, Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, ikitərəfli əlaqələrə çox dəyər verən ölkə öz tərəfdaşına qarşı heç nə etməz. Onun sözlərinə görə, Rusiya digər ölkələrin daxili işlərinə və seçki proseslərinə qarışmır.

Xatırladırıq ki, bundan əvvəl müxalifətdən Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlu Rusiyanı Türkiyədə keçirilən seçkilərə müdaxilədə ittiham etdi.

Sonrakı yazı
Ərdoğan: “14 mayda Türkiyədə yüz ilin miladı olacaq”
Öncəki yazı
Mixail Saakaşvili: Bütün dünyada və ilk növbədə Gürcüstanda olan gürcülər bu ədalətsizliyə səsinizi ucaldın