Dünən, martın 18-də Gürcüstan Azərbaycanlıları Konqresinin bir qrup üzvü Dmanisi Bələdiyyəsinə səfərdə olub.
GAK sədri Hüseyn Yusubov, GAK İdarə Heyətinin üzvlərindən sabiq parlament deputatı Ramiz Bəkirov, Gürcüstan Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü, Aşağı Oruzman ictimai məktəbinin direktoru İslam Məmmədov, Qafqaz Türk Media saytının jurnalist-reportyorları, bir qrup ziyalı, avtomobil qəzasında faciəli surətdə həlak olmuş Dmanisili gənclərin ailələrinə baş çəkmiş, doğmalarına və yaxınkənd sakinlərinə dərin hüznlə başsağlığı vermiş, uca Yaradandan onlara səbir diləmişlər.
Mərhumların valideynləri və kənd ağsaqqalları GAK sədrinə ayrıca, bütövlükdə isə müsafirlərin hər birinə bu çətin və hüznlü gündə yanlarında olub, onları tək buraxmadıqları üçün minnətdarlıq bildirmişlər.
Daha sonra Gürcüstan Azərbaycanlıları Konqresinin nümayəndə heyətini Dmanisi Bələdiyyəsinin meri Koba Muradişvili ilə görüşüb.
Mer GAK nümayəndə heyətinə, şəxsən Hüseyn müəllimə faciəli surətdə həlak olmuş gənclərin ailələrini ziyarət etdikləri üçün təşəkkür etmişdir.
Sonra qonaqları Meriyanın və Bələdiyyənin cari ildəki kənd və şəhər layihələri ilə tanış etmişdir. Dmanisidə, o cümlədən azərbaycanlılar yaşayan kəndlərində indiyədək görülmüş və görüləcək mühüm işlər haqqda məlumat vermişdir .
Cənab mer planlaşdırılmış Novruz bayramı tədbirlərinin həlak olmuş gənclərə görə təxirə salındığı üçün təəssüfünü bildirmiş və bayram təbrikinin Gürcüstanda yaşayan Azərbaycanlılara çatırılmasını Konqresin nümayəndə heyətindən xahiş etmişdir. Dmanis bələdiyyəsinin rəhbərləri və Gürcüstan Azərbaycanlıları konqresi nümayəndə heyəti arasında çox maraqlı fikir mübadiləsi baş tutmuşdur, görüşün sonunda
Hüseyn Yusubov kəndlərdə həyata keçirdikləri quruculuq lahiyələrinə görə və mehriban qəbul üçün, şəxsən Koba Muradişviliyə təşəkkür etmişdir.
QafqazTürk Medianın sevimli oxucularının nəzərinə çatdırmaq istəyirik ki, çox yaxın vaxtlarda media qrupumuz Dmanisi Bələdiyyəsində ezamiyyətdə olacaq və kəndlərimizdə həyata keçirilən bütün quruculuq işləri ilə bağlı reportajlar hazırlayıb sizlərin diqqətinə çatdıracağıq. Yeni başlamış, tikintisi davam edən və tikintisi başa çatmış bütün infrastruktur layihələrini sizlərin müzakirəsinə təqdim edəcəyik!