Dmanisi bələdiyyəsində 2023-2024-cü tədris ilində qızıl və gümüş medala layiq görülmüş 9 şagirdə maliyyə vauçerləri təqdim olunub.
Mükafatlandırma mərasimində şagirdlərə hədiyyələri Dmanisi meri Koba Muradaşvili, onun müavini Arif Süleymanov, Bələdiyyə Məclisinin sədri Paatta Quliaşvili, Bələdiyyə Təhsil, Mədəniyyət, İdman və Gənclərlə İş üzrə Xidmətin rəhbəri Nino Omiaze və Resurs Mərkəzinin rəhbəri Maya Xmaladze təqdim ediblər.