Dmanisidə iki gənc bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Bu barədə Dmanisi Bələdiyyəsi məlumat yayıb.
“Dmanisi Bələdiyyəsində baş verən və iki gəncin həyatına son qoyan faciəli qəzaya görə, təəssüfləndiyimizi bildirmək istəyirik.
Bu ağır gündə həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı veririk.
Mövcud vəziyyəti nəzərə alaraq, biz Novruz bayramı tədbirinin ləğvi barədə qərar qəbul etmişik”, – məlumatda deyilir.