Another advertisement
Dmanisi bələdiyyəsinin Hamamlı kəndində 15 yaşlı yeniyetmə 18 yaşlı gənci qəsdən öldürməkdə şübhəli bilinərək saxlanılıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır və 10 ildən 15 ilədək həbs cəzasını nəzərdə tutur.
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G.N qəsdən adam öldürmə maddəsi ilə həbs edilib.Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İstintaqla müəyyən edilib ki, cari il noyabrın 15-də Dmanisi bələdiyyəsində mübahisə zəminində təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü şəxsə ürək və döş qəfəsi nahiyəsindən ölümcül xəsarət yetirib və oradan qaçıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə aparılır – bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.