Another advertisement
Dmanisi bələdiyyəsinin Yuxarı Oruzman kəndində 17 yaşlı yeniyetmə sevdiyi qızın atasını bıçaqlayıb.
Əldə edilən məlumata görə, zərərçəkən şəxs öz qızının sözügedən yeniyetmə ilə evlənməsinə razı olmadıqdan sonra, gərginlik yaşanıb. Daha sonra yeniyetmə 65 yaşlarında olan kişiyə boyun və qarın nahiyəsindən bıçaq zərbələri endirib.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.Yeniyetmə isə artıq psaxlanılıb. Faktla bağlı araşdırma aparılır.