Bu gün- 20 oktyabr tarixində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftisi Etibar Eminovun iştirakı ilə Dmanisi rayonunun Orzuman kəndində fəaliyyətə başlayan Vaqif Calal oğlu Xıdırov adına məscidin açılışı olub.
QafqazTürk Media xəbər verir ki, açılışda müxtəlif vəzifəli şəxslər, o cümlədən Dmanisi bələdiyyəsinin meri Koba Muradaşvili, yerli orqanların nümayəndələri, Türkiyənin Gürcüstandakı səfirliyinin Din İşləri Müşaviri Mahmud Göl, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev, Kvemo Kartli müftisi hacı Bəxtiyar Tanrıverdiyev, BGMİ-nin Dmanisi rayonu üzrə müftisi hacı Almaz Əlləzov, BGMİ-bin Bolnisi müftisi Adil Nebiyev ve Marneuli müftisi Tahir Bayramov, bölgə imamları və kənd camaatı iştirak ediblər.