Bir çoxumuz diş fırçalarının istifadə qaydasını bilmirik və bu, dişlərimizdə və sağlamlığımızda ciddi fəsadlar törədir.
Diş həkimi Gülpəri Mahmudova diş fırçalarının düzgün istifadə qaydası barədə bir sıra məsləhətlər verib.
- Diş fırçamızı hər 3 aydan bir dəyişməliyik.
- Hər hansı bir infeksion xəstəlik keçirdikdən sonra, diş fırçamızı yenisi ilə əvəz etməliyik. Çünki burada diş fırçamızda yığılmış mikroblar inkişaf edib, çoxala bilir.
- Diş fırçamızı vertikal (dik) vəziyyətdə saxlamaq lazımdır.
- Diş fırçamızı ev şəraitində saxlayanda qapaqsız şəkildə saxlamaq lazımdır. Səyahətə çıxanda qapaqlı diş fırçası götürmək lazımdır ki, çantamızdan mikrob yığmasın.
- Əgər diş əti iltihabından əziyyət çəkirsinizsə, bu zaman, yumşaq lifli diş fırçalarına üstünlük vermək lazımdır.