Another advertisement
2024-cü il yanvarın 1-dək Gürcüstanda bütün mehmanxana, mağaza və restoranlarda videomüşahidə kameraları quraşdırılmalıdır.
QafqazTürk.com xəbər verir ki, hökumətin qərarına əsasən, hər bir binanın əsas və ayrı-ayrı girişlərində və xarici perimetrində azı iki kamera, habelə hər bir qəza çıxışında bir kamera olmalıdır.
Kameraların olması “112” Fövqəladə Halların İdarə Edilməsi Mərkəzi tərəfindən yoxlanılacaq.