This is a specific ad

DİQQƏT! – Bu şəxslərə verilən dövlət yardımı artırılacaq

58

Another advertisement

Sosial cəhətdən maddi vəziyyəti aşağı olan ailələrin uşaqlarına verilən yardım artacaq.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin illik hesabatında bildirilib.

Qərara əsasən yardımların artırılmasına bu il, iyulun 1-dən başlanılacaq.

232 minə qədər uşağa hər ay 200 lari veriləcək ki, bunun üçün dövlət büdcəsindən 465 milyon lari ayrılacaq.

“2022-ci ildə sosial vəziyyəti aşağı olan ailələrin uşaqlarına verilən yardım artaraq iyulun 1-dən 150 lari təşkil edib. 2023-cü il iyulun 1-dən yardım artacaq və 232 minə qədər uşağa hər ay 200 lari veriləcək ki, bunun üçün dövlət büdcəsindən 465 milyon lari ayrılacaq”, – deyə hesabatda bildirilib.

Məlumata görə, 2023-cü ildən dövlət pensiyalarının məbləği də artacaq.

“Pensiyaların indeksləşdirilməsi qaydasına əsasən, 2023-cü ildə 70 yaşa qədər əhali üçün dövlət pensiyasının məbləği 295 lari, 70 və yuxarı yaşda olanlar üçün isə 365 lari müəyyən edilib. Dövlət pensiyasının artırılmasına uyğun olaraq, yüksək dağlıq ərazilərdə daimi yaşayan pensiyaçılara pensiyanın 20 faizi məbləğində əlavələr verilib”, – deyə məlumatda qeyd edilib.

Məlumat üçün bildirək ki, hökumət proqramının icrası ilə əlaqədar baş nazirin illik hesabatı artıq Milli Məclisə təqdim olunub. Hesabat 2022-ci ilin iyunundan 2023-cü ilin mayına qədər olan dövrü əhatə edir.
Gürcüstanın baş naziri hesabatı iyunun 30-da parlamentə şəxsən təqdim edəcək.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Slovakiya, Avstriya, Çexiya parlamentinin məruzəçiləri Tbilisi səfəri zamanı Gürcüstanın Avropa perspektivini nəzərdən keçirəcəklər
Öncəki yazı
Rusiyada “Niva Pikap” YARADILDI – FOTO