Another advertisement
Azərbaycanın Xarici İşlər Nazirliyi əhalinin sərhədi quru yolla necə keçə biləcəyi barədə məlumat yayıb.
QafqazTürk.com xəbər verir ki, məlumatda sərhədi quru yolla keçmək istəyənlərin necə etməli olduğuna aydınlıq gətirilib.
Məsələ ilə əlaqədar Azərbaycan mətbuatına danışan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə onların nazirliyə müraciət etməli olduqlarını deyib:
“Xarici İşlər Nazirliyinə ərizə ilə müraciət edilir, nazirlik də həmin müraciəti Nazirlər Kabinetinə ünvanlayır. Onlar tərəfindən verilən qərara əsasən fərdi qaydada quru yolu ilə çıxış və girişə icazə verilir. Yəni həmin müraciət əsasında müvafiq qərar qəbul edilir“.