Hazırda Tbilisi, Rustavi, Mtsxeta, Qori və Marneulidə havanın çirklənməsi normadan artıqdır.
QafqazTürk Media xəbər verir ki, bu barədə “Yaşıl Qütb” qeyri-hökumət təşkilatının monitorinq sistemi məlumat yayıb.
Monitorinq insan orqanizmi və tənəffüs sistemi üçün ən zərərli hissəciklərdən biri olan PM2.5 – bərk toz hissəcikləri kimi əsas çirkləndiricilər üzərində aparılır.
PM ən kiçik bərk toz hissəcikləridir (Particulate Matter – PM).
PM2.5 isə kiçik ölçülərinə görə (2,5 mikron və ya daha az) digər hissəciklərdən daha təhlükəlidir, çünki ağciyər baryerindən keçərək qan dövranı sisteminə daxil ola bilir. Gürcüstanda PM2.5-in icazə verilən maksimum norması 25 mkg/m3 təşkil edir.
İnternetdə qeydə alınan məlumatlara görə, qeyd olunan şəhərlərdə PM2.5 səviyyəsi aşağıdakı kimidir:
Rustavi – 77 mkg/m3
Marneuli – 47 mkg/m3
Mtsxeta – 36 mkg/m3
Tbilisi – 33 mkg/m3
Qori – 31 mkg/m3