This is a specific ad

DİQQƏT! Dövlət qaraciyər transplantasiyası əməliyyatını tam maliyyələşdirəcək – ƏTRAFLI

93

Another advertisement

Gürcüstan hökumətinin qərarına əsasən, qaraciyər transplantasiyası əməliyyatını dövlət tam maliyyələşdirəcək.

Qeyd edək ki, indiyədək əməliyyat qismən maliyyələşdirilirdi. Bundan sonra həm diaqnostika, həm də əməliyyat xərcləri dövlət tərəfindən tam maliyyələşdiriləcək.

“Qaraciyər transplantasiyası ilə bağlı dövlət 120 min larilik əməliyyatın cəmi 70 min larisini maliyyələşdirirdi. Çox hallarda geridə qalan 50.000 larinin ödənilməsində çətinliklərin olduğunu nəzərə alaraq, biz həm diaqnoz, həm də əməliyyat xərclərini tam maliyyələşdirmək qərarına gəldik. Bundan sonra qaraciyər transplantasiyası üçün tələb olunan 120 min lari tam olaraq dövlət tərəfindən ödəniləcək”- Səhiyyə naziri Zurab Azaraşvili hökumətin iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

Sonrakı yazı
YENİ QƏRAR! Dövlət bu əməliyyatı tam maliyyələşdirəcək – ƏTRAFLI
Öncəki yazı
Sadaxlı kəndində avtomobil qəzası