This is a specific ad

Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu nədir? (DÇHP)

188

Another advertisement

Diqqət  çatışmazlığı  və  hiperaktiv  pozulma  (DÇHP) insanda  yaş  və  inkişafına  uyğun olmayan ifrat hərəkətlilik, istəklərinə hakim ola bilməmək və diqqət  problemlərini özündə göstərən psixoloji gərginlikdir. Belə bir psixoloji gərginliyə  uşaqlarda, yeniyetmələrdə,  yetkin insanlarda də  rast  gəlmək  olur.  Göründüyü  kimi,  bu  problem ailədə və məktəbdə daha tez özünü büruzə verir. Gəlin, bu problemin psixoloji xüsusiyyətləri ilə yaxından tanış olaq.   

Müasir  dövrdə  DÇHP   nəinki  uşaqlıq  dövründə,  həmçinin  insanın sonrakı yaş dövrlərində də müşahidə olunur. Buna müxtəlif cəmiyyətlərdə, insanların aktiv iş fəaliyyətində, insanların bir‐birilə münasibətlərində  rast  gəlirik  ki,  bu  məsələyə  diqqət  verilməsi  vacibdir. Diqqət çatışmazlığını müəyyənləşdirib onun vaxtında  qarşısını  almaq  üçün  səy  göstərilmədikdə  bu,  həmin  insanların  qarşısına təhsil və iş prosesində uyğun problemlərin çıxmasına səbəb ola bilər.

DÇHP üç əsas hiperaktivlik, diqqət  çatışmazlığı və  impulsivlik əlamətləri ilə müşayiət olunur. 

Hiperaktivlik: Uşaq yaşıdları ilə müqayisədə əhəmiyyətli dərəcədə daha aktiv olduqda, hiperaktivlik qeyd olunur. 

Diqqət  çatışmazlığı: Bir nöqtəyə fokuslanmaqda  çətinlik, xarici təsirlərə görə diqqətin asanlıqla dağılması, unutqanlıq, tez-tez əşyalarını və ya oyuncaqlarını itirmək, nizamsızlıq kimi əlamətlər diqqət çatışmazlığından xəbər verir.

İmpulsivlik: Tələsmək, istəkləri təxirə sala bilməmək, suallara çox tez cavab vermək, başqalarının sözünü kəsmək və onların növbəsini gözləməkdə çətinlik çəkmək kimi xüsusiyyətlər şəxsdə impulsivlikin  olduğunu göstərir.

DÇHP-nin  yaranma səbəbi İrsi və fizioloji olaraq olur. Hətta valideynlərin davranışı da uşağa təsir edir.  Bəzən qeyd olunur ki, ananın hamilə vaxtı yaşadığı gərginlik, ailə içi problemlər,  spritli və narkotik maddələrdən istifadə gələcək də uşaqda DÇHP yol aça bilər. 

DÇHP- nın ən çox yayılmış simptomları bunlardır:

● Sosial həyata uyğunlaşmaqda çətinlik

● Hiperaktivlik

● Göz təması qura bilməmək

● Diqqəti cəmləməkdə çətinlik

● Diqqət çatışmazlığı

● Eyni işi uzun müddət edə bilməmək

● Unutqanlıq

● Hər şeydən tez sıxılmaq

● Tez-tez səhvlərə yol vermək

● Detallara fikir verməmək

● Sadə təlimatları unutmaq

● Həddindən artıq hərəkət istəyi

● Oturarkən belə əl və ayaqları silkələmək

● Sürətli nitq və cümlələri birləşdirə bilməmək

● Digər insanı dinləməkdə çətinlik

● Səbirsiz olmaq

● Növbə gözləyə bilməmək

● Dərhal istəklərinin yerinə yetirilməsi

● Həmişə tələsmək

● Ehtiyatsız davranış

DÇHP  müxtəlif problemlərə görə yarana bildiyi üçün müalicə üsulu da çoxşaxəli bir xəstəlikdir. DÇHP müalicəsi üçün dərman müalicəsi, terapiya və qeyri-dərman müalicəsi kimi müxtəlif üsullardan istifadə edilir. Diaqnoz qoyulduqdan sonra mütəxəssis psixiatr tərfindən aparılan müalicə üsulu ilə bu problemin mənfi təsirlərindən xilas olmaq mümkün oluna bilər.

Əgər bu əlamətləri özünüzdə və yaxınlarınızda müşahidə edirsinizsə, mütləq bu sahədə ixtisaslaşmış  həkimə müraciət edin. Bu əlamətlərin sizdə olması,sizdə mütləq DÇHP olduğunuzu göstərməz. 

Mətni hazırlarkən istifadə olunan mənbələr:

http://genderi.org/qafqaz-universiteti-nesri.html?page=52

https://www.cnnturk.com/saglik/adhd-nedir-neden-olur-adhd-belirtileri-nelerdir-nasil-gecer

Sonrakı yazı
Fevral-aprel aylarında texniki baxışdan keçmiş avtomobillərin sayı
Öncəki yazı
İmmuniteti gücləndirmək üçün yumurta yeyin