Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir

2

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.

QafqazTürk.com xəbər verir ki, Mübariz Qurbanlını Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları müşayiət etdilər.

Rəsmilər əvvəlcə Tbilisi şəhərində yerləşən “Qəhrəmanlar Meydanı”nı ziyarət etdilər. Vətən uğrunda canından keçmiş qəhrəmanların ruhlarını yad edərək abidə qarşısına əklil qoydular. Sonra isə Heydər Əliyev parkına baş çəkərək Ulu öndəri dərin ehtiramla yad edərək abidəsi qarşısına tər güllər düzüblər.

DQİDK-nın sədri dörd günlük səfər çərçivəsində “Dinlərarası dialoqda dövlətin rolu” mövzusunda beynəlxalq konfransda iştirak edəcək.

Eyni zamanda, Gürcüstan Hökuməti Aparatında Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanlar İdarəsinin din xadimləri, parlament sədrinin müavini Arçil Talakvadze, İnsan Hüquqları və Vətəndaş İnteqrasiyası Komitəsinin sədri Mixeil Sarjveladze, Gürcüstanın Katolikos-Patriarxı II İliya və azərbaycanlılarla görüşəcək.

Səfər çərçivəsində Gürcüstan Hökumətinin Administrasiyasında “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan İlahiyyat İnstitutu ilə Tbilisi İlahiyyat Akademiyası və Seminariyası arasında əməkdaşlıq haqqında Memorandum” imzalanacaq.

Səfər çərçivəsində, həmçinin, “Heydər Əliyev 100: Cənubi Qafqazda dinlərarası sülhün və əməkdaşlığın təmin edilməsi” adlı panel müzakirələri təşkil ediləcək.

0
0
Kateqoriya: Cəmiyyət, Din, Siyasət
Sonrakı yazı
Azərbaycanın və Gürcüstanın dini məsələlər üzrə qurumları əməkdaşlıq edəcək
Öncəki yazı
Xocalıda erməni nümayəndələri ilə görüş keçirildi – VİDEO