Another advertisement
Hindistanda milyonlarla zəvvarın toplaşdığı Maha Kumb Mela dini festivalında izdiham nəticəsində azı 7 nəfər ölüb, 10 nəfər yaralanıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Reuters xəbər verib.
Məlumata görə, izdiham çayda çimmək mərasimi keçirilən zaman baş verib.
Vəziyyəti nəzarətdə saxlamaq və xilasetmə işlərinin aparılması üçün çevik reaksiya qüvvələri cəlb edilib.
Baş nazir Narendra Modi Uttar Pradeş Baş Naziri Yogi Adityanath ilə danışıb və onu təcili dəstək tədbirləri görməyə çağırıb.