This is a specific ad

DİN Varketili metrosu yaxınlığında baş verən hadisə ilə bağlı məlumat yayıb

42

Another advertisement

Daxili İşlər Nazirliyi qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1 nəfəri həbs edib – İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Tbilisidə bıçaqla bədəninin müxtəlif nahiyələrindən 4 nəfərə çoxsaylı xəsarətlər yetirib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun verdiyi məlumata görə, aldığı xəsarətlər nəticəsində 1 nəfər xəstəxanaya gətirildikdən dərhal sonra ölüb, 3 nəfərə isə müvafiq tibbi yardım göstərilir.

Əldə olan məlumata görə, cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“Daxili İşlər Nazirliyinin Tbilisi şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən cinayət  törətməkdə təqsirli bilinərək, əvvəllər məhkum olunmuş, hazırda şərti cəza çəkən şəxsi, iki və ya daha çox şəxsə qarşı törətdiyi əmələ görə isti izlərlə yaxalayıblar.

“İstintaq Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin “L” bəndi ilə aparılır”, – məlumatda deyilir.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
“ATƏT/DTİHB-nin rəyi Gürcüstanda keçirilən seçkilərdə ciddi pozuntuları təsdiqləyir”-Marqus Çaqna
Öncəki yazı
ATƏT Parlament Assambleyasının prezidenti çağırış edib