This is a specific ad

DİN seçkilərlə bağlı vətəndaşlara müraciət edir

218

Another advertisement

Gözlənilən sıxlıq ilə əlaqədar Daxili İşlər Nazirliyi vətəndaşları şəxsi avtomobillərlə hərəkətdən çəkinməyə çağırır.

QafqazTürk Media xəbər verir ki, Oktyabrın 23-də “Gürcü arzusu”nun seçkiqabağı yekun tədbiri ilə əlaqədar Daxili İşlər Nazirliyi Tbilisinin bəzi küçələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı bəyanat yayıb.

“İctimaiyyətə məlum olduğu kimi, oktyabrın 23-də Tbilisidə “Gürcü arzusu – Demokratik Gürcüstan” siyasi partiyasının seçkiqabağı yekun tədbiri planlaşdırılır.

Seçki ilə əlaqədar Tbilisinin bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müəyyən müddətə məhdudlaşdırılıb. “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından verilən məlumata görə, tədbirə paytaxtda yaşayan vətəndaşlarla yanaşı, bölgələrdən də qatılacağından planlaşdırılan görüş geniş miqyaslı olacaq.

İctimai asayişin qorunması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin əməkdaşları hadisə yerinə və ətraf ərazilərə səfərbər olunacaqlar. Gözlənilən sıxlıq səbəbindən vətəndaşları şəxsi avtomobillərlə hərəkətdən etməməyə çağırırıq.

Tətbiq edilən məhdudiyyət oktyabrın 23-ü saat 00:00-dan seçkinin sonunadək qüvvədə olacaq. Seçki bitdikdən sonra nəqliyyatın hərəkəti adi qaydada bərpa olunacaq”, – deyə məlumatda bildirilir.

Kateqoriya: Cəmiyyət, Gündəm
Sonrakı yazı
BMT-nin baş katibi BRİKS sammitində iştirak etmək üçün Rusiyaya səfər edib
Öncəki yazı
Ölkə prezidenti: “Tezliklə Aİ-yə daxil olacağıq”