Polis Saqarecoda baş vermiş qəsdən adam öldürmə ilə bağlı bir nəfəri həbs edib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edildiyi kimi, cinayət 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“Keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin Kaxeti rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəsdən adam öldürməkdə təqsirli bilinən şəxs yaxalanıb.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Saqareco bələdiyyəsində kişini mübahisə zəminində odlu silahla güllələyərək ölümcül yaralayıb və hadisə yerindən qaçıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi “isti izlər”lə yaxalayıb.
Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır”, – agentliyin açıqlamasında bildirilir.