Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən 2 Ukrayna vətəndaşını həbs ediblər.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Cinayətlər 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.
“Şəxslər qabaqcadan əlbir olaraq, bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlama, habelə narkotik vasitələrin hazırlanması və satışına cəhddə ittiham olunurlar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik maddə ilə məşğul olmaqda ittiham olunaraq həbs edilmiş şəxslərin şəxsi əşyalarına, nəqliyyat vasitələrinə və müvəqqəti yaşadıqları ünvana baxış keçirərkən xüsusilə külli miqdarda – 103 bükümdə “Metadon” narkotik vasitə götürüblər.
Polis araşdırmalar nəticəsində elektrik tərəzisini və narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materialları sübut kimi götürüb.
Bir qrup şəxs tərəfindən qanunsuz olaraq, xüsusilə külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması, habelə narkotik vasitələrin hazırlanması və satışına cəhd etmə faktları ilə bağlı Cinayət Məcəlləsinin 260, 18-260 və 19-260-cı maddələri ilə istintaq davam etdirilir”, – məlumatda deyilir.