DİN narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirli bilinən şəxsi həbs edib

31

Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin Əməliyyat və İstintaq bölmələrinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirli bilinən Moldova Respublikası vətəndaşını həbs ediblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata  hımin şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək, saxlamaq və satışa hazırlamaqda təqsirləndirilir. Cinayət 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən narkotika ilə məşğul olmaqda ittiham olunaraq həbs edilən şəxsin şəxsi əşyalarına, nəqliyyat vasitəsinə və müvəqqəti yaşadığı ünvana baxış keçirilərkən, onun göstərdiyi yerdən də xüsusi külli miqdarda – 91 bükümdə “Metadon” narkotik vasitə aşkar edilərək götürülüb. Aparılan araşdırmalar nəticəsində elektrik tərəzisi götürülüb, pul tapılıb.

İstintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin “a” bəndi və CM-nin 18-260-cı maddəsinin 7-ci hissəsinin “a” bəndi ilə aparılır”, – məlumatda deyilir.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
Marneuli-Sadaxlı avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib
Öncəki yazı
Marneulidə, Mədəniyyət Evində Maarif Vakfına məxsus Beynəlxalq Maarif Məktəbinin təşkilatçılığı ilə “Maarif Mədəniyyət Harmoniyası” adlı tədbir keçirilib