• 25 Fevral 2025 02:20

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

DİN – Miqrasiya İdarəsinin əməkdaşları 37 əcnəbi vətəndaşı Gürcüstandan deportasiya edib

ByTürkan Şahverdova

Fev 9, 2025
Another advertisement

Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları ötən ay Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna əsaslanaraq müxtəlif ölkələrin 37 vətəndaşını ölkədən çıxarıblar.

QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onların sözlərinə görə, əcnəbi vətəndaşların bir qismi Gürcüstanı könüllü tərk edib, digərləri isə Miqrasiya İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkədən məcburi çıxarılıb.

“Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunu əsasında Moldova, Misir, Ermənistan, Rusiya, İraq, İran, Türkiyə, Pakistan, Türkmənistan, Hindistan, Banqladeş və Nigeriyadan ümumilikdə 37 vətəndaş ölkədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizə aparan orqandır. Onun səlahiyyətlərindən biri də qanuni əsas olmadan Gürcüstanda olan əcnəbi vətəndaşları müəyyən etmək və onların Gürcüstandan çıxarılmasını həyata keçirməkdir”, – məlumatda deyilir.