Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Kaxeti Polis İdarəsinin Saqareco rayon şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə olan “heroin” almaq və saxlamaqda təqsirli bilinən şəxslər saxlanılıb.
Qurumun məlumatına görə, cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik ittihamı ilə həbs edilən şəxslərin şəxsi və yaşayış evlərinə baxış keçirməsi nəticəsində maddi sübut kimi heroini götürüblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü və 6-cı hissələri ilə istintaq aparılır”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.