This is a specific ad

DİN: Fəlakətin episentri olan Şovidə torpaq kütləsinin 90 faizi yoxlanılıb

56

Another advertisement

Oni Munisipalitetində fəlakət zonasında yanğınsöndürən-xilasedicilər axtarış işlərini davamlı olaraq aparırlar.

QafqazTürk xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Məlumatda deyilir ki, axtarış işləri həm təbii fəlakətin episentrində, həm də Rioni və Chanchaxa çaylarının məcrasında aparılır.

“Hazırda fəlakətin episentrinin torpaq kütləsinin 90 faizi yoxlanılıb. Axtarış işlərinə həm canlı qüvvə, həm də ağır texnika və üzən vasitələr cəlb olunub. Aparılan axtarış tədbirləri çərçivəsində 25 nəfərin meyiti tapılıb, 8 nəfərin axtarışları davam etdirilir”– deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Qed edək ki, avqustun 3-də Şovidə sürüşmə baş verib.

Sonrakı yazı
BÜRCLƏR – 15.08.2023
Öncəki yazı
Şoyqu: Ukraynanın hərbi resursları, demək olar, tükənib – ƏTRAFLI