This is a specific ad

DİN: Dələduzluq yolu ilə külli miqdarda pul mənimsəyən 4 nəfər həbs edilib

37

Another advertisement

Tbilisi, Batumi və Mçxeta-Mtianeti regionunda həyata keçirdikləri əməliyyat-istintaq  tədbirləri  nəticəsində Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Baş İstintaq Bölməsinin əməkdaşları hakimin qərarı ilə 4 nəfəri həbs ediblər.

QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri nəticəsində 61 vətəndaş zərər çəkmiş, dələduzluq yolu ilə mənimsənilmiş məbləğ yarım milyon lari təşkil etmişdir.

“Onlar mütəşəkkil dəstə kimi külli miqdarda dələduzluqda ittiham olunaraq həbs ediliblər.

Cinayət 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İstintaq müəyyən edib ki, bu il bir neçə ay ərzində bütün Tbilisidə Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları adından vətəndaşlarla əlaqə saxlanılıb və onların ailə üzvünün təqsiri üzündən yol-nəqliyyat hadisəsi baş verdiyinə inandırılıb, onların aradan qaldırılması üçün tədbirlər görülüb.

Vətəndaşlardan razılıq əldə etdikləri halda,  həmin yerə gedərək, özlərini başqa ad və soyadla təqdim ediblər, pulu götürərək kriptovalyuta pul kisəsinə keçiriblər.

“İstintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi və 4-cü hissəsinin “a” bəndi ilə aparılır”, – məlumatda deyilir.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
Tbilisidə yeniyətmə soyuq silahla yeniyetməni yaralayıb
Öncəki yazı
“Dəyişiklik üçün Koalisiya” partiyası Kaxa Kaladzenin büdcə təqdimatında iştirak etməyəcək