Another advertisement
Daxili İşlər Nazirliyi dekabrın 3-də Tbilisinin Rustaveli prospektində keçirilən aksiyada 22 nəfəri həbs edib.
QafqazTürk Media xəbər verir ki, onların hamısı inzibati xəta törətdiklərinə görə həbs olunublar.
Xatırladırıq ki, Gürcüstan hökuməti 2028-ci ilin sonuna kimi Avropa İttifaqı ilə danışıqların başlanması məsələsini gündəmə gətirməmək qərarına gəlib – həm də 2028-ci ilin sonuna qədər Avropa İttifaqının hər hansı büdcə qrantından imtina edir. Hökumətin bu qərarından sonra Gürcüstanda etirazlar baş verib. Noyabrın 28-dən Tbilisidə və regionlarda etiraz aksiyaları keçirilir.