Daxili İşlər Nazirliyi bir nəfəri polisə hücum etməkdə ittiham edərək həbs edib.
Verilən məlumata görə, bıçaqla silahlanmış müttəhim noyabrın 30-da Rustaveli prospektində mitinq zamanı Daxili İşlər Nazirliyinin əməkdaşına sağlamlığına xəsarət yetirmək məqsədilə hücum edib.
QafqazTürk Media xəbər verir ki, cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir nəfəri polisə hücum etməkdə təqsirli biliblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 353-cü maddəsinin 1-ci hissəsi ilə araşdırma aparılır.
Daxili İşlər Nazirliyində həyata keçirilən tədbirlər çərçivəsində zorakılıq törədən qruplar tərəfindən törədilmiş bütün cinayət əməlləri Cinayət Məcəlləsinin 187-ci və 353-cü maddələri ilə istintaqa cəlb olunub, hazırda 7 nəfər tutulub. Həmçinin Cinayət Məcəlləsinin qrup zorakılığını təşkil etmə, ona rəhbərlik etmə və ya bu zorakılıqda iştirak etmə, zorakılıq hərəkətlərinə açıq çağırış kimi 225 və 239-cu maddələri ilə 7 nəfər həbs edilib. Partlayış hazırlamaq ittihamı ilə 1 nəfər həbs edilib”, – məlumatda deyilir.