Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin, Təşkilatlanmış Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin Kiber Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1992-ci il təvəllüdlü, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş Ş. Q.-nı azyaşlının təsvirini əks etdirən pornoqrafik materialların qabaqcadan bilə-bilə alınması, saxlanılması və yayılması ittihamı ilə saxlayıblar.
QafqazTürk Media xəbər verir ki, bu barədə DİN məlumat yayır.
Cinayət Məcəlləsinə əsasən, bu əməl 9 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs azyaşlının təsvirini əks etdirən pornoqrafik materialları şəxsi məqsədlə qabaqcadan bilə-bilə saxlayıb və yayıb.
Məhkəmənin qərarı əsasında keçirilən axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin üzərindən və yaşadığı evdən kompüter avadanlığı, mobil telefon və yaddaş kartını maddi sübut kimi götürüblər.
İstintaq Cinayət Məcəlləsinin 255-ci maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır.