Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən azyaşlıları küçə ticarətinə cəlb edən 4 nəfər saxlanılıb. Cinayət 14 ildən 17 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“Aparılmış istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər D.F., G.F., N.G. və M.K. azyaşlı uşaqları sistemli şəkildə psixoloji təzyiqə və əmək istismarına məruz qoyublar. Onlar uşaqları gül satmağa və dilənməyə məcbur ediblər. Uşaqların yığdığı məbləğdən isə özləri istifadə ediblər. Azyaşlılar saxlanılan şəxslərin göstərişlərinə tabe olmadıqda onlara şifahi və fiziki təzyiqlər edilib”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Həbs olunanlar arasında: 2001-ci il təvəllüdlü D.F., 1971-ci il təvəllüdlü G.F., 1998-ci il təvəllüdlü N.Q. və 2000-ci il təvəllüdlü M.K. şərti məhkum edilmişdir.