• 23 Fevral 2025 03:21

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Dimitri Peskov – Serqey Lavrov və Yuri Uşakov Səudiyyə Ərəbistanında ABŞ nümayəndələri ilə görüşəcəklər

ByTürkan Şahverdova

Fev 17, 2025
Another advertisement

Rusiya prezidentinin sözçüsü Dimitri Peskov bildirib ki, Rusiya xarici işlər naziri Serqey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov çərşənbə axşamı Ər-Riyadda ABŞ rəsmiləri ilə görüşəcəklər.

Peskov jurnalistlərə bildirib ki, Lavrov və Uşakov Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə bu gün Ər-Riyada səfər edəcək. “Gözlənilir ki, çərşənbə axşamı Ər-Riyadda amerikalı həmkarları ilə görüş keçirəcəklər, bu görüş ilk növbədə Rusiya-Amerika münasibətlərinin bütün kompleksinin bərpasına həsr olunacaq”, – Peskov bildirib.

Bundan əlavə, ABŞ dövlət katibi Marko Rubionun Səudiyyə Ərəbistanına gəldiyi açıqlanıb.

KİV-in məlumatına görə, Rusiya nümayəndə heyəti ilə görüşdə Rubiodan başqa, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və ABŞ tərəfdən ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff da iştirak edəcək.