This is a specific ad

Dimitri Medvedev:”Gürcüstanın hazırki höküməti ilə münasibətlər inkişaf edir,ancaq Gürcüstanın prezidenti…”

55

Another advertisement

“Gürcüstanın hazırkı hökuməti praqmatizmlə xarakterizə olunur, onlarla münasibətlər inkişaf edir,ancaq Gürcüstanın prezidenti fransızdır, ölkə iqtisadiyyatının inkişafına qəti şəkildə qarşı çıxır.”

QafqazTürk.com xəbər verir ki,bü sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dimitri Medvedev bildirib.

“Siyasətdə hər şey olur, ona görə də praqmatizm çox vacibdir. Hər kəsin emosiyaları var, amma qərar qəbul edərkən emosiyaları bir kənara qoymaq lazımdır. Burada Gürcüstanın bugünkü höküməti  praqmatizmi ilə seçilir, buna göz yummaq olmaz. Ona görə də onlarla əlaqələr inkişaf edir, ona görə vizasız gediş-gəlişə icazə verdik, ona görə də təyyarələr uçuşa başladı”, – Rusiya Təhlükəsizlik Şurasının sədr müavini.

Onun sözlərinə görə, Gürcüstanda hələ də “dəli, çılğın, qəribə adamlar” qalıb, lakin onların siyasətə qarışması minimaldır.

“Budur, Gürcüstanın indiki prezidenti – bilmirəm, gürcü dilini bilir, ya yox, o, öz ölkəsinin iqtisadiyyatının inkişafına qəti şəkildə qarşı çıxan fransızdır. Amma indi belə siyasətçilər birinci rolu oynaya bilmirlər. Gürcüstanın parlamentli respublika olduğunu nəzərə alsaq, indiki prezidentin rolu minimaldır. “Ümid edirəm ki, Gürcüstan hökuməti reallıqları, o cümlədən Cənubi Osetiyanın mövcudluğunu tanımaq və onlarla münasibətləri nizamlamaq üçün praqmatizmə malik olacaq”, – o əlavə edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Hindistanın düyü tədarükünə qoyduğu məhdudiyyət qiymətlərə təsir göstərəcəkmi
Öncəki yazı
Azərbaycan Prezidenti: “Növbəti bayram tədbirləri oktyabrın 17-də Füzuli şəhərində olacaq”