Another advertisement
Rusiyanın Ukrayna Prezidentinin məhv edilməsindən başqa yolu yoxdur- bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dimitri Medvedev özünün “Telegram” kanalında yazır.
“Rusiyanın Ukrayna Prezidentinin məhv edilməsindən başqa yolu yoxdur. Hətta qeyd-şərtsiz təslim olma aktını imzalamasına belə ehtiyac yoxdur. Məlum olduğu kimi, Hitler belə bu akta imza atmayıb. Əvəzedici hər zaman tapılacaq” – deyə Medvedev yazır.
Xatırladaq ki,Rusiya Höküməti Kremldə prezidentin iqamətgahına hücumu terror aktı və prezidenti öldürməyə cəhd hesab etdiklərini xüsusilə qeyd ediblər. Kremldə həmçinin cavab tədbirləri görmək hüququnu özlərində saxladıqlarını bildirirlər.