This is a specific ad

Diaspor komitəsinin sədri ADA Universitetinə qəbul olunmuş Gürcüstan azərbaycanlıları ilə görüşüb

37

Another advertisement

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun ADA Universitetində magistr təhsili alacaq olan Gürcüstan azərbaycanlıları ilə görüşü keçirilib.

QafqazTürk.com xəbər verir ki, bu barədə diasporun mətbuat xidməti məlumat yayıb.

Komitə sədri ADA Universitetinin bu təşəbbüsünü yüksək qiymətləndirib və tələbələri təbrik edib.

Gürcüstandakı azərbaycanlıların təhsil sahəsində üzləşdiyi çətinliklərin, azərbaycandilli məktəblərdə müəllim çatışmazlığının yaranması ilə əlaqədar problemlərin daim Azərbaycan dövlətinin diqqətində olduğunu vurğulayıb, bu istiqamətdə ardıcıl işlər görüldüyünü və komitənin həyata keçirdiyi layihələri nəzərə çatdırıb. Görüşdə Gürcüstandakı Azərbaycan evləri və həftəsonu Azərbaycan məktəblərinin fəaliyyəti diqqət mərkəzində olub.

ADA Universitetində xüsusi proqram üzrə təhsil menecmenti, təlim və tədrisin təşkili və metodikası ixtisasında təhsil alacaq olan Gürcüstan azərbaycanlılarının təhsil problemlərinin həllində əhəmiyyətli rol oynayacağına əmin olduğunu vurğulayıb.

Tədbir Gürcüstandakı azərbaycanlıların təhsillə əlaqədar problemləri, azərbaycan və gürcü dillərini, tarix və mədəniyyəti mükəmməl öyrənmələri və digər bir sıra mövzular ətrafında fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

Kateqoriya: Təhsil
Sonrakı yazı
ელტუნ გოჯაევმა თურქეთში გამართული პროფესიონალური ორთაბრძოლის ჩემპიონატზე პირველი ადგილი დაიკავა
Öncəki yazı
Böyük Britaniya Rusiya və Gürcüstan vətəndaşlarına tranzit vizası tətbiq edib