• 04 Mart 2025 02:01

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Diabetlə mübarizə aparmağa kömək edən qidalar

ByTürkan Şahverdova

Mar 3, 2025
Another advertisement

Şəkərli diabetlə mübarizədə aktiv həyat tərzi ilə yanaşı, balanslı və nizamlı qidalanma çox mühüm rol oynayır. 1-ci tip şəkərli diabeti nəzarətdə saxlamaq, 2-ci tip şəkərli diabetdən xilas olmaq və ya ən azından onun yaranma riskini azaltmaq istəyirsinizsə, bunu pəhrizinizə əlavə edəcəyiniz məhsullar vasitəsilə etmək mümkündür. Bu qida maddələrindən ən vacibləri isə bunlardır:

Qırmızı Meyvələr: Xüsusilə 2-ci tip diabet xəstələri üçün antioksidant və lif qaynağı olan qırmızı meyvələr, insulin istehsalına kömək edir və qan şəkəri balansı baxımından 1-ci tip diabet xəstələri üçün də çox əhəmiyyətlidir.

Brokoli: Bu tərəvəz təbii olaraq diabetlə mübarizə aparır, qan şəkərinin səviyyəsini normallaşdırır və C vitamini üçün gündəlik tələbatı ödəyir.

Kələm: Brokoli kimi kələm də, aşağı karbohidrat tərkibi ilə tanınan bir tərəvəzdir.

Qatıq: tərkibində yüksək kalsium olduğu üçün gündəlik qida rasionuna daxil edilməli olan qatığın 2-ci tip şəkər xəstəliyinə tutulma riskini azaltdığı müəyyən edilib.Çay: Mütəxəssislər yaşıl və ya qara çayın şirinləşdirilməməsi şərti ilə hər gün istehlak edilməli olduğunu deyir.

Sarımsaq: Sarımsaq xərçəng riskini azaldır, xolesterinin səviyyəsini normallaşdırır və təzyiqi tənzimləyir. Bu səbəbdən diabetlə mübarizə zamanı mütləq istehlak edilməsi lazım olan qidalardan biridir.

İspanaq: Lifli yaşıl yarpaqları ilə mütəxəssislər onu diabet xəstələrinə tövsiyə edir.Tünd şokolad: Az şəkər və çoxlu kakao olan tünd şokolad zəngin bir antioksidan mənbəyidir və insulin müqavimətini də azaldır.

Darçın: şirniyyat istədiyinizi təmin edə biləcək bir ədviyyatdır. Bundan əlavə, araşdırmalar göstərib ki, darçın qan şəkərinin səviyyəsini normallaşdırır.

Şirin kartof: Kartofdan fərqli olaraq şirin kartof insulin müqavimətini azaldır, xolesterini aşağı salır və yüksək qan şəkəri səviyyəsinin qarşısını alır.

Mütəxəssislər, siyahıya əlavə olaraq balıq, qoz-fındıq, paxlalılar, toxumlar, avokado, kətan toxumu, alma, yulaf və zeytun yağını da qida rasionuna əlavə etməyi məsləhət görüb