This is a specific ad

Devid Koen: “Rusiya üçün Kursku geri qaytarmaq asan olmayacaq”

201

Another advertisement

“Ukrayna qoşunları Kursk vilayətində müdafiə strukturları tikir. Kiyev bu ərazini ilhaq etməyi planlaşdırmır (Ukrayna Xarici İşlər Nazirliyi də bu barədə danışıb), lakin Rusiya üçün onu geri qaytarmaq da asan olmayacaq”.

QafqazTürk Media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktor müavini Devid Koen danışır.

Merilend ştatında keçirilən Milli Təhlükəsizlik və Kəşfiyyat Sammitində çıxış edən Koen Ukraynanın Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyatı şərh edərək, Ukrayna ordusunun Rusiya ərazisini “müəyyən müddətə” işğal etmək niyyətində olduğunu qeyd edib.

Onun bəyanatına görə, Putin öz cəmiyyətində bu hadisələrin rezonansı ilə məşğul olmalıdır.

Dünən, avqustun 27-də açıqlanan son məlumatlara görə, Ukrayna silahlı qüvvələri Kursk vilayətinin 100-dən çox yaşayış məntəqəsinə – 1294 kvadrat kilometr əraziyə nəzarət edir və onlar 594 rus əsgərini əsir götürüblər.

Sonrakı yazı
İkinci Dünya müharibəsindən qalma bomba aşkarlanıb
Öncəki yazı
Hökumət pravoslavlığı dövlət dini elan edə bilər