Another advertisement
Türkiyənin cənub-qərb bölgəsində yerləşən Dənizli şəhərində iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 95 nəfər yaralanıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Dənizli şəhərində bir neçə saat ərzində iki yol qəzası baş verib. Birincidə 7 nəfər ölüb, 42 nəfər yaralanıb, ikinci qəza nəticəsində isə avtomobilin əvvəlcə avtobus, sonra isə mikroavtobusla toqquşması nəticəsində 4 nəfər ölüb, 53 nəfər yaralanıb.