This is a specific ad

Dekabrın 10-da parlament qərar qəbul edəcək

54

Another advertisement

Dekabrın 10-da parlament “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin, partiyanın sədri İrakli Qaribaşvilinin və prezidentliyə namizədliyi irəli sürülmüş Mixail Kavelaşvilinin deputatlıq səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edəcək.

Məsələyə əvvəlcə Prosessual Məsələlər və Qaydalar Komitəsində baxılacaq, daha sonra plenar iclasda səsə qoyulacaq.

Bundan başqa, parlament üzvlüyü ilə bir araya sığmayan vəzifə tutduğuna görə İrakli Kobaxidze, Maka Boçorişvili, Anri Oxanaşvili, Davit Sonqulaşvili və Mariam Kvrivişvilinin parlament səlahiyyətlərinə xitam verilməsi məsələsi parlamentin gündəliyindədir.

İrakli Kobaxidze yenə də baş nazir, Maka Boçorişvili xarici işlər naziri, Anri Oxanaşvili ədliyyə naziri, Davit Sonqulaşvili ətraf mühit və kənd təsərrüfatı naziri, Mariam Kvrivişvili isə iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini təyin edilib.

Sonrakı yazı
“Bu gün Aİ səfiri bildirib ki, 16-17 dekabr tarixləri kiminsə Gürcüstanı cəzalandırmağa çalışmalı olduğu tarixlərdir”-Mamuka Mdinaradze
Öncəki yazı
4 xarici vətəndaşın ölümünə səbəb olan şəxslər həbs ediliblər